Modern.az

Alimlərin heyvanlar üzərindəki maraqlı TƏCRÜBƏSİ

Alimlərin heyvanlar üzərindəki maraqlı TƏCRÜBƏSİ

15 İyul 2015, 14:02


İngiltərədəki Sheffield və Bristol Universitetinin ortaq araşdırma qrupu, heyvanlar üzərində edilən təcrübələrdə, ultrasəs sayəsində xroniki yaraların yaxşılaşma prosesinin 3-də bir nisbətində azaldığını ortaya çıxarıb.

Modern.az saytının xarici KİV-ə istinadən xəbərinə görə araşdırmaçılar, bəzi sümük yaralarının müalicəsində də istifadə olunan ultrasəs texnologiyasını, asan bağlanmayan və infeksion xroniki yaraları olan siçanlar üzərində sınayıb. Mütəxəssislər nəticələrin olduqca təsir edici olduğunu, lakin insanlar üzərində də təcrübələr edilməsi lazım olduğunu ifadə etdi.

Hüceyrələri titrədir

Araşdırmaya görə, yüksək tezlikli səs dalğaları, yaranın içindəki və ətrafındakı hüceyrələri titrədir. Bu proses, hüceyrələri oyandırır və yaralara daha həssas hala gətirir. Araşdırma, yaşlı və diabetik siçanlarda yaranın sağalma müddətinin 9 gündən 6 günə düşdüyünü göstərdi.

Yaxşılaşma üçün xəbərdarlıq

Araşdırma qrupundan Doktor Mark Bass, bu məlumatları paylaşdı: "Hələlik müalicə infeksiyanın dayandırılması və yaxşılaşması əsasında edilir. Elm gələcək il bu texnologiyanın insanlar üzərindəki təsirini araşdırmağı hədəfləyir.  

Yaqut ASLANOVA  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI