Prezident Rəcəb Tayyip Ərdoğan tərəfindən koalisiya hökuməti qurmaq üçün görəvləndirilən Türkiyə baş nazir Əhməd Davudoğlu bu gün kürdlərin təmsil olunduğu Xalqların Demokratik Partiyasının (HDP) başçıları Səlahəddin Dəmirtaş və Figen Yüksekdağla görüşüb
Modern.az saytı “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, görüşdə Davudoğlunu baş nazir müavini Yalçın Akdoğan, qida, əkinçilik və heyvandarlıq naziri Mehdi Əkər, sabiq daxili işlər naziri Efkan Ala, millət vəkilləri Adnan Boynukara və Zəhra Taşkesenlioğlu müşayiət edib.
Görüşün təfərrüatları hələ məlum deyil.
Bir müddət əvvəl isə Baş nazir Ə.Davudoğlu Cümhuriyyət Xalq Partiyasınin lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı ilə koalisiya hökumətinin yaradılması barədə danışıqlar aparıb.
Modern.az