Modern.az

Gənclər üçün məişət tullantılarının düzgün idarəounmasına dair treninq keçirilib

Gənclər üçün məişət tullantılarının düzgün idarəounmasına dair treninq keçirilib

15 İyul 2015, 09:38

“Gənc Sahibkarlar Klubu” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət tullantılarını düzgün idarə edək!” adlı treninqlərə start verib.

İyunun 13-də keçirilməsi nəzərdə tutulan 4 treninqdən birincisində 30 gəncin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə “Gənc Sahibkarlar Klubu” İctimai Birliyinin sədr müavini Bəhruz Nəzərov açaraq tullantıların zərərsizləşdirilməsinin ətraf mühitin qorunması baxımından əhəmiyyətindən danışıb.

Vaxtilə təbiətin özünün tullantıların zərərsizləşdirilməsinin öhdəsindən gələ bildiyini qeyd edən Bəhruz Nəzərov hazırda əhalinin sayının artması ilə məişət tullantılarının həcminin kəsin şəkildə artması, eləcə də sənayenin inkişafı ilə əlaqədar çoxlu miqdarda tullantıların ortaya çıxması ilə əlaqədar insanların özünün bu işdə səylərini gücləndirməsi zərurətini ortaya çıxarıb.
Azərbaycan Respublikasında bu istiqamətdə həyata keçirilən işlər barədə məlumat verdikdən sonra Bəhruz Nəzərov sözü Birləşmiş Millətlər Sənayenin İnkişafı Təşkilatının (UNİDO) Resurlara Qənaət və Daha Təmiz İstehsalat Nümayiş Proqramının ölkə üzrə Milli Koordinatoru Rauf Rzayevə verib. Məişət tullantılarının idarə olunmasına dair prezentasiya ilə çıxış edən Rauf Rzayev konkret fakt və rəqəmlərlə bu sahədə işin aparılmasının vacibliyini qeyd edərək son illər Azərbaycanda bu istiqamətdə aparılan işlərin real nəticələrindən danışıb.

Maraqlı diskussiya şəraitində keçən prezentasiyanın sonunda hər bir vətəndaşın ətraf mühitin tullantılardan zərərsizləşdirilməsi işinə töhfəsini verməli olduğu vurğulanıb. Sonra treninq iştirakçılarına sertifikatlar təqdim olunub, müzakirələr kofe-breyk zamanı davam etdirilib.







Modern.az


 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama