Modern.az

Dilqəm Əsgərovun oğlundan MÜRACİƏT: "Atamla görüşmək istəyirəm" - FOTO

Dilqəm Əsgərovun oğlundan MÜRACİƏT: "Atamla görüşmək istəyirəm" - FOTO

15 İyul 2015, 16:36


Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib

"Mən atamla görüşmək istəyirəm. Bu, mənim ən təbii haqqımdır".  

Bunu ANS PRESS-ə açıqlamasında Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu söyləyib. O bildirib ki, artıq iki ay əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib: "Müraciətimə baxmayaraq onlar hələ də mənim istəyimə konkret cavab verməyiblər. Hə, yaxşı deyirlər, ancaq hələ də bir nəticə əldə olunmayıb", - deyə o, əlavə edib.  

Atasını səhhəti ilə bağlı narahat olduğunu söyləyən Kürdoğlu lazım gələrsə atasının yanına gedə biləcəyini də söyləyib.    Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri İlahə Hüseynova  bu məsələyə münasibət bildirib.   

O, söyləyib ki, BQXK girovların ailə üzvləri ilə yalnız məktub vasitəsi ilə əlaqə yaradır.

İ.Hüseynova digər komunikasiya vasitələrindən istifadə etmək üçün qarşılıqlı razılaşdırılmalı olduğunu diqqətə çatdırıb: "Bizə müraciət olunursa, o zaman qarşı tərəfə məlumatı çatdırırıq. Ancaq digər vasitələrlə ailə üzvlərinin əlaqəsini təşkil etmək yalnız razılaşdırılmış şəkildə olmalıdır", - deyə BQXK-nin rəsmisi söyləyib.

 

(Fotodakı Dilqəm Əsgərovun oğlu Kürdoğludur)

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama