Türkiyənin baş naziri Əhməd Davudoğlu Xalqların Demokratik Partiyası (HDP) ilə koalisiya hökumətinin formalaşdırılmasını istisna etmir.
Modern.az-ın Türkiyə televiziyalarına istinadən verdiyi məlumata görə, bu barədə Ə.Davudoğlu HDP-nin lideri Səlahəddin Demirtaşla görüşdən sonra deyib.
Onun sözlərinə görə, hazırda Ədalət və İnkişaf Partiyası (AKP) koalisiya hökumətinin formalaşdırılması üçün bütün siyasi partiyalarla danışıqlar aparır: "HDP seçicilərin 13,1 faiz səsini toplamış partiyadır. HDP AKP ilə koalisiya qurmağın həmişə əleyhinə olduğundan AKP daha əvvəl partiya ilə koalisiyaya qarşı çıxıb".
Qeyd edək ki, HDP PKK-nın siyasi qanadıdır.
Modern.az