Modern.az

Rusiyada anası azərbaycanlı olan tanınmış müğənni saxlanılıb

Rusiyada anası azərbaycanlı olan tanınmış müğənni saxlanılıb

15 İyul 2015, 20:44


Samara-Soçi marşrutunda tanınmış müğənni Elbrus Cahangirovun üzərinə baxış keçirilərkən güllə aşkarlanıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, 24 yaşlı populyar müğənni iyulun 14-də səhər saat 10-da Samara hava limanında saxlanılıb, ancaq onu tezliklə buraxıblar.

Onda aşkar olunan güllə götürülüb. Müğənnidən izahat alınıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, müğənni gülləni meşədən tapdığını bildirib. Bundan sonra onun saxlanılması üçün tutarlı əsas olmadığından sərbəst buraxılıb. Patron ekspertizaya göndərilib.

 

Elbrus Cahangirov Krasnodarda Rusiya musiqisinin tanınmış ifaçısıdır. O, “Avara” mahnısı ilə daha populyar olub.

Elbrus 1992-ci il iyulun 11-də anadan olub. Tolyattidə yaşayır, bütün ölkəyə qastrol səfərlərinə gedir. Elbrusun atası ləzgi, anası azərbaycanlıdır.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama