Modern.az

Milli Məclisin dostluq qrupları 5 il ərzində nə etdi? - HESABAT

Milli Məclisin dostluq qrupları 5 il ərzində nə etdi? - HESABAT

16 İyul 2015, 09:28

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları Azərbaycanın beynəlxalq əlaqələrində önəmli yer tutur.

İşçi qrupları vasitəsilə Milli Məclisin deputatları həmin ölkələrin parlamentlərində Azərbaycanla bağlı məsələlərin, həqiqətlərin çatdırılmasında mühüm rol oyanıyırlar. Bəs, 5 illik fəaliyyət dövründə Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları tərəfindən hansı addımlar atılıb?   Bu dəfə Azərbaycan-Gürcüstan, Azərbaycan-Argentina və Azərbaycan-İspaniya Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti ilə bağlı deputatlara suallar ünvanladıq.    

Azərbaycan-Gürcüstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva bildirib ki, Gürcüstan Azərbaycanın qonuşu və strateji münasibətləri olan ölkədir.  Azərbaycan üçün ən böyük mütəffiqlərdən biridir. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan sadəcə strateji münasibətlər olan ölkə deyil, onlar birlikdə böyük əməkdaşlıq, böyük layihələr həyata keçirir.

“Bundan başqa Gürcüstanda çoxlu sayda Azərbaycan kökənli soydaşlarımız yaşayır və bu cəhətdən bura Azərbaycan üçün bütün istiqamətlərdə mühüm ölkədir. Bütün istiqmaətlərdə olduğu kimi parlametnlərarası əlaqələrin də inkişafına xüsusi önəm verilir. Bu 5 il ərzində də hər zaman Gürcüstan parlamenti, parlamentlərarası əlaqələr qrupu ilə həm görüşlər keçirmişik, müzakirələr aparmışıq. Bununla yanaşı, Gürcüstanın beynəlxlaq təşkilatlarda təmsil edən nümayəndə heyətləri, rəhbərləri ilə görüşlərimiz olub.

Təbii ki, bizim müzakirələrimizin ana xəttində Azərbaycanı və Gürcüstanı ortaq şəkildə birləşdirən məsələlərdən biri-hər iki ölkənin ərazi bütövlüyünün pozulması gündəmdə olub. Bu müzakirələr zamanı vurğulamışıq ki, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində ərazi bütövlüyü ilə bağlı məsələlərdə bir-birimizə qarşılıqlı dəstəyimizin daha da artmasına ehtiyac var”.  

Millət vəkili vurğulayıb ki, parlamentlərası əlaqələrin inkişafı məsləsi, dostluq qrupları arasında münasibətlərin dərinləşməsi də önəmli məsələdir.

“Gürcüstana səfərlərimiz zamanı orada yaşayan soydaşlarımızla mütəmadi olaraq onların xahişləri ilə görüşlərimiz olub. Bir sıra tədbirlərində də dostluq qrupu olaraq hər zaman iştirak edirik. Ən son məsələlərdən biri Azərbaycan və gürcü dilində yüksək səviyyəli lüğətin olmaması ilə bağlı olub.

İstər soydaşlarımızın gürcü dilini öyrənməsinə daha da stimul verməsi üçün, istər Gürcüstanda Azərbaycan dilini öyrənmək istəyənlər üçün dəstək göstərilməsi istiqaməti, iki ölkə arasında tərcümələr aparılması üçün mütəxəssislərin sayının artmasında bu lüğət önəmli rol oynayır.

Onlar bizə müraciət etmişdilər. Biz onlara dəstək göstərdik, müəyyən qurumları da bu dəstəyi göstərməsini xahiş etdik və yüksək səviyyəli belə lüğət hazırlandı. Yaxın günlərdə bununla bağlı Gürcüstanda, Marnuelidə böyük təqdimat olacaq.

Bundan əlavə, gənc, fəal QHT, mətbuat televiziyada olan bir qrup gəncin Azərbaycana gəlməsi, Azərbaycan, Qarabağ həqiqətlərini, Xocalı soyqırımını daha dərindən bilmələri və getdikləri ölkələrdə bu məsələləri dərindən bilərək bu istiqamətdə həqiqətlərin yayılmasında rolunun artması üçün onların səfərlərini təşkil etmişdik. Bu səfər çərçivəsində onlar Qubada kütləvi məzarlıqda, ön cəbhədə, Şəhidlər Xiyabanında, Xocalı soyqırımı abidəsində olublar, köçkünlər, millət vəkilləri ilə görüşblər. Gənclər və İdman Nazirliyi tərəfindən bu səfər dəstəklənmişdi.

 

Səfər sonunda “Azərbaycan-Gürcü gənclərinin gözü ilə” adlı bir kitab da hazırlandı ki, orada gürcü gəncləri Azərbaycanda gördüklərini, təəssüratlarını qeyd ediblər və sosial şəbəkələrdə yaradılan səhifədə də Azərbaycan həqiqətlərinin çatdırılmasında fəallıq edirlər. Bu istiqamətdə layihələr çoxdur. Azərbaycan həqiqətləri ilə bağlı bir neçə kitab da təqdim etmişik” deyə Qənirə Paşayeva əlavə edib.  

Azərbaycan-Argentina Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvi Nazim Fərəcov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan, Qarabağla bağlı məsələləri Argentina parlamenti müzakirə edib. “Bununla bağlı Argentina parlamentində məsələ qaldırılıb. Parlamentlərarası işçi qrupun dəfələrlə görüşü olub. Düzdür, mənim ora səfərim olmayıb. Amma Argentina-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu bura gələrkən görüşmüşük. Azərbaycan, Qarabağla, məcburi köçüknlərlə bağlı müzakirələr aparmışıq. Ümumiyyətlə, bu məsələlər tək Argentina yox, parlament səviyyəsində görüşdüyümüz bütün ölkələrin işçi qrupları ilə aparılıb”.

Azərbaycan-İspaniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəzail Ağamalı deyir ki, bir il öncə bu qrup yaradılıb.

“Bir sıra ölkələrin parlamentləri ilə dostluq qrupları olsa da İspaniya ilə belə dostluq qrupu yox idi. Bunun üçün Azərbaycanın İspaniyadakı səfiri Altay müəllimlə əlaqə saxlayıb xahiş etdim ki, orada deputatlarla əlaqə saxlasın və mümkündürsə belə qrup yaransın.

Bir il bundan öncə belə bir dostluq qrupu bizim ölkəmizə səfər etdi və biz onları böyük məmnuniyyətlə qəbul etdik. Onların rəhbəri nüfuzlu iqtisadiyyatçı  Xose Maria Çikilyo və digər beş deputat Azərbaycanda 4 gün oldular, parlament rəhbəri ilə, xarici işlər naziri, iqtisadiyyat və sənaye naziri görüşlər oldu və səmərəli əməkdşalığın əsasını qoyduq.

İspaniya-Azərbaycan dostluq qrupunun sədri ciddi bəyanatla çıxış etdi və Azərbaycanın ərazi bütövlüyünü İspaniyanın tanıdığını və İspaniyanın Azərbaycanın suverenliyini rəsmi şəkildə bəyan etdi, işğal olunmuş torpaqların azad edilməsini, Azərbaycanın suverenliyinin qrunub saxlanıllmasının vacibliyini önə çəkdi. Biz İspaniyaya getmək istəsək də, orada kral dəyişikliyi olduğundan bu məsələ təxirə düşdü. İspaniya-Azərbaycan parlamentləri arasında ciddi təməl qoyulub.

Bu təməl üzərində dostluq qrupunun əməkdaşlığı daha yüksək səviyəyə qaldırmaq, parlamentlərarası əlaqələrin inkişafına ciddi töhfələr vermək olar və mən buna ümidliyəm. Növbəti illərdə mən seçilərəmsə mən, seçilmərəmsə başqa birisi bu təməl üzərində Azərbaycan-İspaniya dostluq qrupunun işini yüksək səviyəyə qaldırmaq imkanı əldə edəcək”.    

Aytən ZƏHRA

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama