Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları bölgələrdə yerləşən otellərdə monitorinqlər aparmağa başlayıb.
Bunu Modern.az saytına Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.Vüqar Şixəmmədov qeyd edib ki, nazirliyin əməkdaşları Azərbaycanın turizm potensiallı bölgələrində monitorinqlər aparırlar. Monitorinqlər yekunlaşan kimi bu gün otellərdə olan mövcud qiymətlərin vəziyyəti ilə bağlı açıqlama veriləcək.
Prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə fəaliyyət göstərən otellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlmədiyini və bunun da turizmin inkişafına mənfi təsir göstərməsini bildirib.
Sevinc YASİNQIZI