Tailandda korrupsiya əməlinə yol verənlər və rüşvət alanlar edam ediləcək.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkənin qanunvericiliyinə edilən dəyişiklikdə məlum qərara əməllərə görə edam qərarı nəzərdə tutulur. .
Tailand Milli Korrupsiyaya Qarşı Mübarizə Komissiyası üzvü Vicha Mahakun əvvəlki qanunlarda da edam cəzası olduğunu bildirib.
“Amma şərtləri çox ağır olduğu üçün indiyə qədər kimsəyə korrupsiyaya səbəbi ilə edam cəzası verilməyib. Ancaq yeni tənzimləmə ilə bilavasitə olaraq belə əməllərə yol verən idarə işçilərinə edam cəzası veriləcək.