Modern.az

Azərbaycanın müdafiə naziri hərbçiləri təbrik etdi

Azərbaycanın müdafiə naziri hərbçiləri təbrik etdi

16 İyul 2015, 13:56

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan Bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazir təbrikində Silahlı Qüvvələrimizin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunu şərəf və vicdanla yerinə yetirəcəyinə, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərini artıracağına inandığnı bildirib.

Nazir deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmiz sivil və demokratik inkişaf yolu ilə inamla irəliləyir. Respublikamız dünya dövlətləri arasında dini tolerantlıq nümunəsi kimi tanınıb.

"Bu gün ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşıb, dövlətimizin müdafiə qüdrəti artıb, müstəqilliyimiz daha da möhkəmlənib.

İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram".

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama