Modern.az

AZAL aviabiletlərin qiymətlərini təhlil edir - RƏSMİ AÇIQLAMA

AZAL aviabiletlərin qiymətlərini təhlil edir - RƏSMİ AÇIQLAMA

16 İyul 2015, 14:05


AZAL dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilinə başlayıb. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən Modern.az-a məlumat verilib.

Bildirilib ki,  təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılması və optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcək.

Məlumatda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətləri ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilinə başlayıb.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama