Modern.az

Qarabağ o milyarder rusa qəbir olacaq...

Qarabağ o milyarder rusa qəbir olacaq...

16 İyul 2015, 14:16

“Rusiyanın qalmaqallı biznesmeni, milyarder, fermer German Sterliqovun öz ailəsi ilə birgə Ermənistanın işğal etdiyi Azərbaycan ərazisinə - Dağlıq Qarabağa köçməsi, bütün hüquqi əsaslara zidd addımdır və terrorçulara dəstəkdən başqa bir şey deyil”.

Bu fikirləri Modern.az saytına açıqlamasında millət vəkili Fuad Muradov deyib.

O qeyd edib ki, Azərbaycanın 20% torpağı terrorçular tərəfindən işğal olunub və indi də düşmənin nəzarəti altındadır: “Belə olmasaydı, o torpaqların aborigenləri öz dədə-baba yurdlarına qayıdardılar.
Ancaq bir debil rus fermer əlini-qolunu sallaya-sallaya terrorçular tərəfindən işğal olunan Azərbaycan ərazilərinə gedir. Və orada sərsəm-sərsəm fikirlər səsləndirir.

Bu da onu göstərir ki, həmin şəxs beynəlxalq hüquq normalarını pozmaqla yanaşı, terrorçu olduğunu özü sübut edir. Qarabağ Azərbaycanın bir hissəsidir. Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və qəbul edir.  

Bir daha qeyd edirəm, dünyanın hansısa bir ölkəsində yaşayan şəxs Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş bir bölgəsinə gedirsə, onu da bir terrorçu adlandırmaq olar. Və həmin şəxs də elə terrorçuluğa dəstək vermiş kimi sayılır”.

Deputat onu da vurğulayıb ki, artıq 25 ilə yaxındır ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır.

“Və zaman-zaman beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində narkotik becərildiyi, terrorçuların yerləşdirildiyi dəfələrlə səsləndirilib. Heç şübhəsiz ki, ağlı başında olan heç bir insan elə təhlükəli yerı getməz. Əgər imkanlı bir şəxs belə bir addım atırsa, demək ki, çirkli pulları yumaqla məşğul olacaq.

Ancaq belələri bilməlidirlər ki, Qarabağ onlara qəbir olacaq”.

Pərvin ARZUQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama