Modern.az

Ramzan Kadırov arvadını boşamaqla hədələdi

Ramzan Kadırov arvadını boşamaqla hədələdi

17 İyul 2015, 14:25


Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov arvadı nahar zamanı ona respublikada istehsal olunsa da, digər ölkələrdə və regionlardan olan məhsullarla hazırladığı yeməyi verərsə, boşayacağı ilə hədələyib. Modern.az-ın Rusiya Kiv-nə istinadən verdiyi xəbərə görə, Kadırov iyulun 16-da Qudermesdəki uşaq qidaları istehsal edən zavoda gedib. Səfərin nəticəinə görə regionun rəhbəri “Vkontakte” səhifəsində yazıb ki, əminliklə xaricdən ixrac olunan məhsul problemini uğurla həll etdiyimizi söyləmək olar.

Kadırov əlavə edib ki, bundan sonra onun stolunun üstündə Çeçenistandan kənarda istehsal olunan məhsullar əgər burada istehsal edilirsə, olmayacaq: “Mən bəyan etmişəm ki, əgər Medni Musaevna bu qadağanı pozacaqsa, boşayacağam. Düzdür, bu sözlərimə görə doğma anamın hədəfinə gəlmişəm. O mənə söydü ki, niyə görə belə zarafat edirəm. Amma mən ciddiyəm”. Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama