Ramazan bayramını bu gün qeyd etməyə başlayan ölkələrdə yaşayan müsəlmanlar bayram namazında bir araya gəlib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Rusiyanın paytaxtı Moskvada bayram namazı geniş təhlükəsizlik tədbirləri altında olub. Müsəlmanlar bayram namazını qılarkən rus polisi də namaz qılanların arasında təhlükəsizlik kordonu yaradıb.
Rusiyanın paytaxtı Moskvada yaşayan müsəlmanlar bayram namazı üçün məscidləri doldurub. Məscidlərə sığmayan müsəlmanlar prospekt və küçələrdə namaz qılıblar.Bayram namazının qılınması Moskva mərkəzdə yerləşən 4 məscid ilə Moskva ətrafında qurulan 4 yerdə ciddi təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşların daha çox axışdığı Moskvadakı mərkəzi məscidə tərəf olan bütün küçələr namaz üçün bağlanılıb. Metal detektor və üst-başlarının ətraflı yoxlanılmasından sonra gələn camaat məscidə daxil olarkən, bir çox insan namaz qılmaq üçün küçələrdə belə yer tapmaqda çətinlik çəkib.