Ukraynanın Təhlükəsizlik Xidməti keçmiş baş prokuror Artyom Pşonka barəsində axtarış elan edib. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Artyom Pşonka vəzifəsindən sui-istifadə etməklə mənimsəmə və israfçılıqda şübhəli bilinir.Digər məlumata görə, Pşonkanın olduğu yerlə bağlı hüquq-mühafizə orqanlarında sonuncu məlumat fevralın 15-də olub.
Modern.az