Modern.az

“Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibi “Şaxtyor” oldu

“Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibi “Şaxtyor” oldu

17 İyul 2015, 17:00


“Fənərbağça”nın Çempionlar Liqasında 3-cü ön mərhələdə oynayacağı rəqibi Mirça Luçeskunun baş məşqçisi olduğu Donetskin “Şaxtyor” klubu olub. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, pükatma bu gün İsveçrənin Nyon şəhərində keçirilib.

Türkiyə komaqndasının Çempionlar Liqasının qrup mərhələsinə düşməsi üçün oynayacağı ilk qarşılaşma İstanbulda iyulun 28-i, yaxud 29-da oynanacaq. Cavab oyunları avqustun 4-5-də Ukraynada olacaq.

“Fənərbağça” iki oyunun nəticəsinə görə “Şaxtyor” a məğlub olarsa, bu zaman UEFA Avropa Liqasında mübarizə aparacaq.

Bu mərhələdə görüşəcək digər komandalar bunlardır:

“Panathinaikos” – “Brugge”

“Young Boys” – “Monako”

OMİK Moskva – “Sparta” Praqa 

“Rapid” Vyana – “Ayaks”

Modern.az

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama