2011-ci ildə 77 nəfəri öldürdüyünə görə 21 il azadlıqdan məhrum edilən Anders Breyvik Oslo universitetinin siyasi elmlər kursuna qəbul edilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, universitetin rektoru Ole Petter Ottesen bəyan edib ki, Norveç həbsxlanalarındakı məhbuslar əgər abituriyent tələbləri ilə üst-üstə düşərsə ali təhsil almaq hüququna malikdirlər
Breyvikin universitetə qəbulla bağlı iki il əvvəlki müraciəti nəzərə alınmamışdı. O vaxt onun ixtisasını yetərli saymamışdılar. Müraciətə yenidən baxılmasının səbəbləri açıqlanmır. Utoya adasındakı gənclər düşərgəsində qətl törədən Breyvikin 21 illik həbs müddətinin uzadılması da gözlənilir. Modern.az