Modern.az

Şəhid ailələri, əlillər, imkansız ailələr üçün iftar süfrələri açılıb

Şəhid ailələri, əlillər, imkansız ailələr üçün iftar süfrələri açılıb

17 İyul 2015, 19:34

Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Müqəddəs Ramazan bayramı münasibətilə Füzuli rayon İcra Hakimiyyəti  tərəfindən Horadiz şəhərində, Bala Bəhmənli kəndində və 1 №-li Qayıdış qəsəbəsində şəhid ailələri, Qarabağ əlilləri, imkansız ailələr və dindarlar üçün iftar süfrələri təşkil olunub. Modern.az-ın məlumatına görə, dindarların, imkansız şəxslərin, qocaların, şəhid ailələri üzvlərinin, veteranların, məcburi köçkünlərin iştirak etdikləri iftar mərasimlərində Qurani-Kərimdən ayələr oxunmub, dualar edilib, şəhidlərin ruhu yad edilib. Qeyd olunub ki, Azərbaycanda təşkil olunan iftar süfrələri ölkəmizin ənənəvi tolerantlığını və sıx birliyini nümayiş etdirir.

Bayram münasibəti ilə rayon ərazisində həmçinin Bakı, Sumqayıt, Şirvan şəhərlərində, o cümlədən ayrı–ayrı rayonlarda məskunlaşmış şəhid ailələri, Qarabağ əlilləri və maddi vəziyyəti ağır olan ailələrə sovqatlar verilib.
Rayonun bir çox yaşayış məntəqələrində iftar süfrələri təşkil olunub.

İftar süfrəsinə qatılanlar diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.







Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama