68 məzundan 48 nəfəri ( 71% ) isə 600-dən çox bal toplayıb
Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi bu il də keçmiş illərdəki kimi ali məktəblərə qəbul imtahanlarında (I və IV qruplar ) rekord nəticəyə imza atıb.
Liseyin direktoru Kadir Bektaşoıunun Modern.az saytına verdiyi məlumata görə, liseyi bitirən ( I -IV qruplar) 68 məzundan 48 nəfəri (71%) 600-dən çox bal toplayıb.
I qrupa imtahan vermiş və eyni sinifdə təhsil alan 3 məzun (Nərmin Əliyeva, Firuz Abduyev və Teymur İsmixanov) isə 700 bal toplayaraq təhsil tarixi rekorduna imza atıblar.
Həmin sinifin məzunu Fərid Çələbi və Zümrüd Şükürlü 695 bal toplayaraq ölkə 2-si olublar.
Ümumilikdə I qrupdan imtahan verən 36 məzundan 24-ü (67%), IV qrupdan imtahan verən 32 məzundan isə 24 nəfəri (75%) 600-dən çox bal toplayıb.
600-dən çox bal toplayan 48 məzundan 30 nəfəri (63%)isə 650-dən çox bal toplayıb.
Liseyin direktoru Kadir Bektaşoğlu rekord nəticə göstərən məzunları təbrik edib və onların valideynlərinə, müəllim kollektivinə və tədris prosesində kömək və dəstəyi olan insanlara təşəkkür edib.

Modern.az