İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaydığı növbəti video vəhşilik dərəcəsi ilə adamı dəhşətə gətirir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, videoda Suriyadan olan zabitin cəlladı rolunda 10 yaşlı oğlan çıxış edir. Uşaq şəxsən özü bıçaqla hərbçinin başını kəsir.
Bu qəddarlığın Homs vilayətində, suriyalı hərbçinin Əl-Bosayrı hərbi postun yaxınlığında əsir götürülməsindən sonra baş verdiyi bildirilir. İŞİD terrorçularının bu cür qəddarcasına edamlara yetkinlik yaşına çatmayanları cəlb etməsinə tez-tez rast gəlinir.
Modern.az