Modern.az

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

18 İyul 2015, 00:15

 

Bu gün müsəlman dünyasının müqəddəs Ramazan bayramıdır. Azərbaycanda və bütün dünyada müsəlmanlar üçün böyük bayram hesab olunan Ramazan bayramının namazı səhər saatlarında qılınacaq. 

Bu il Ramazan ayının bayram namazı iyulun 18-də qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin sədrinin 1-ci müavini Hacı Salman Musayevin sözlərinə görə, namaz saat 09:00-da Göy məsciddə, saat 10:00-da isə Təzəpir məscidində qılınacaq. 

Məhz bu gün qılınacaq bayram namazından sonra müsəlmanlar yeni aya keçirlər və onların oruc və niyyətləri qəbul olunur.

Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxmalıdır. Fitrə bayram namazına qədər çıxarılmalıdır, onun miqdarı üç kilo xurmanın və ya buğdanın bazar qiyməti ilə ekvivalent təşkil edir. Fitrə payının imkansız insanlara, əlillərə, kimsəsizlərə verilməsi məqbul sayılır.  

Bu il üçün fitrənin miqdarı 5-10 manat miqdarında müəyyənləşdirilib.

Modern.az  


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama