Modern.az

"Müsəlman müsəlmanın qanını tökməz"

"Müsəlman müsəlmanın qanını tökməz"

18 İyul 2015, 13:02

Azərbaycan həqiqətən də tolerant ölkədir. Tolerantlıq heç bir dövlətdə Azərbaycandakı səviyyədə deyil.

Modern.az saytının məlumatına görə bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə bu gün jurnalistlərə açıqlamasında deyib.

Şeyxülislamın sözlərinə görə, Azərbaycanda müsəlmanlar arasında birlik var: “Bunun nümunəsi odur ki, sünni və şiə məzhəbinə aid olan insanlar birlikdə namaz qılırlar. Bununla dünyaya göstərmək istəyirik ki, Azərbaycanda birlik mövcuddur. Buna dövlətimiz də şərait yaradıb.

Dövlət tərəfindən dinə və dindarlara böyük qayğı və dəstək var. Bunun bünövrəsini ulu öndərimiz Heydər Əliyev qoyub. İndi isə bu siyasəti Prezident İlham Əliyev davam etdirir. Cənab Prezident dövlətimiz və xalqımızın mənəvi dirçəlişi üçün böyük işlər görüb”.

QMİ sədri bəzi ölkələrdən İslam dini adından sui-istifadə edərək, din pərdəsi altında iğtişaşlar törədilməsi və vəhşiliklər edilməsinə də münasibət bildirib: “Bilirsiniz ki, dünyanın ayrı-ayrı ölkələrində iğtişaşlar törədirlər.

İslam dini adından sui-istifadə edirlər. Müsəlman müsəlmanın qanını tökməz. İslam dinlərarası, məzhəblərarası qarşıdurmanı qəbul etmir”.

A.Paşazadə əlavə edib ki, Azərbaycan dünyada bərabərliyin, sülhün tərəfdarıdır.

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama