2014-cü ilin oktyabr ayında Yaponiyada keçirilən yarışda evaukasiya maşınına çırpılaraq ağır zədə alan “Formula-1”-in fransalı pilotu Jyul Byanki dünyasını dəyişib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Jyul son ana qədər həyatda qalmaq uğrunda mübarizə aparsa da, iyulun 18-i onun üçün son gün olub.
Byanki ötən il oktyabrın 5-də Yaponiya qran-prisi uğrunda yarışda yoldan çıxaraq evaukatorla toqquşub və kəllə-beyin xəsarəti ilə Yokaaitinin Mie prefekturasının xəstəxanasına yerləşdirilib, burada onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Noyabr ayında Byanki Nittsa klinikalarından birinə köçürülüb, burada süni koma vəziyyətindən çıxarılıb.
Bu həftənin birinci günü pilotun atası Filipp Byanki bəyan edib ki, oğlunun sağalması şansı getdikcə azalır.
Jyul Byanki 1989-cu il avqustun 3-də Nittsada anadan olmuşdu.
Modern.az