Modern.az

Belarusda 4 qadın prezidentliyə namizəd iddiasındadır

Belarusda 4 qadın prezidentliyə namizəd iddiasındadır

18 İyul 2015, 18:28

Belarus Mərkəzi Seçki Komissiyası (MSK) Tamara Biryukovanın prezidentliyə namizəd kimi qeydiyyata alınması ilə bağlı təşəbbüs qrupunun sənədlərini qəbul edib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bundan əvvəl MSK on təşəbbüs qrupundan sənədləri qəbul edib. Bunlar indiki dövlət başçısı Aleksandr Lukaşenko, solçuların “Ədalətli dünya” partiyasının sədri Sergey Kalyakin, Liberal-Demokrat Partiyasının lideri Sergey Qaydukeviç, biznesmen Andrey Konovts, “Həqiqəti danış” vətəndaş kampaniyasının fəalı Tatyana Korotkeviç, Birləşmiş Vətəndaş Partiyasının sədri Anatoli Lebedko, 2010-cu ildə prezidentliyə namizəd olan Nikolay Statkeviç (həbsxanada cəza çəkir), Janna Romanoski, İrina Perşina və Sergey Zablotskidir.

Biryukova aşağı sinif müəlliməsi işləyib, hazırda hüquqşünaslıq üzrə təhsil alır. O, 2015-ci ildə keçiriləcək prezident seçkilərində bu posta iddialı olacaq dördüncü qadındır.

MSK indiyədək üç təşəbbüs qrupunun müraciətini qeydiyyata alıb. Bunlar Lukaşenko, Kalyakin və Qaydukeviçdir. Qalan müraciətlərlə bağlı qərar iyulun 20-də qəbul ediləcək. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama