Modern.az

Oğurluqda şübhəli bilinənləri kütlə linç etdi

Oğurluqda şübhəli bilinənləri kütlə linç etdi

18 İyul 2015, 18:32


Mərakeşin Midelt şəhərinin yaxınlığında kütlə oğurluqda şübhəli bildikləri bir kişini ölənə qədər döyüb, o birinə isə ciddi xəsarət yetirib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, insident yerli bazarda qeydə alınıb.

Yerli KİV hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, oğrular bazara gedən yolun üstündəki yerli ticarətçinin 200 dollar dəyərində malını qarət ediblər. Bundan sonra digər ticarətçilər də zərərçəkənə qoşularaq ehtimal olunan qarətçiləri təqib ediblər.

Məlumatda qeyd edilir ki, 50 yaşlı kişi xəstəxanada keçinib, onunla birgə olan 20 yaşlı gəncin vəziyyəti isə kritikdir.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama