Modern.az

Göygöldə yol polisini daş parçası ilə yaraladılar

Göygöldə yol polisini daş parçası ilə yaraladılar

18 İyul 2015, 22:15


Bayramla əlaqədar olaraq Baş Dövlət Yol Polisi əməkdaşları istirahət zonalarında nəzarəti gücləndirib. İdarə əməkdaşlarının Göygöl rayonu ərzasində keçirdiyi reyddə insident qeydə alınıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan sürücü və 2 sərnişini xidməti vəzifəsini yerinə yetirən yol partul xidməti əməkdaşı Ağa Məmmədovu daş parçası ilə yaralayıb.

Məmmədov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

İnsidenti törədən sürücü və sərnişinlər isə hadisə yerindən qaçmağa müvəffəq olublar. Hazırda polis onların tutulması istiqamətində əməliyyat-axtarış təbdirlərini davam etdirir.

Qeyd edək ki, Ağa Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının inspektorudur. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama