Modern.az

Maştağada bayram süfrəsi açılıb - FOTOLAR

Maştağada bayram süfrəsi açılıb - FOTOLAR

19 İyul 2015, 09:54

Hər il olduğu kimi bu il də müqəddəs Ramazan bayramı münasibətilə Bakının Maştağa qəsəbəsində  süfrə açılıb.

Modern.az bildirir ki, tədbirdə Sabunçu rayonunun deputatı Eldar Quliyev, Sabunçu rayonun icra başçısı Adil Vəliyev, kəndin axund və mollaları, sakinləri, Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının əməkdaşı Rəcəbəli Əliyev iştirak ediblər.

Təxminən 1000 nəfər kişi və 500-ə yaxın qadın üçün keçirilən bayram tədbiri deputat Eldar Quliyev tərəfindən təşkil olunub. Bildirilib ki, Maştağa, Nardaran, Zabrat və Bilgəh qəsəbələrindən imkansız ailələrin siyahısı tərtib olunub, 850 baş xırda buynuzlu heyvan kəsilərək onlara paylanıb.

Müsəlman dünyasının ən əziz bayramı münasibətilə hər kəsi təbrik edən Deputat Eldar Quliyev, ay ərində edilən duaların qəbul olunmasını Ulu Tanrıdan bir daha diləyib.

O, vurğulayıb ki, ölkəmizin hər yerində olduğu kimi bizim yaşadığımız qəsəbələrdə də geniş miqyaslı abadlıq, quruculuq işləri görülür. Sakinlərin problemlərinin həlli istiqamətində müvafiq qərarlar qəbul olunur. Bu işlər sırasında gənclərə qayğıya xüsusi yer verilir.

Deputat çıxışında dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimləndiyini, ölkəmizdə dini tolerantlıq mühitinin yaradıldığını qeyd etdi. 

Bayram tədbirində İcra başçısı Adil Vəliyev bildirib ki, bu bayram müsəlman aləminin ən seçilən bayramlarından biridir, bu münasibətlə məclis iştirakçılarını təbrik edib. Kəndin Cümə məscidində də qadınlar üçün bayram süfrəsi hazırlanıb. Maştağa sakini Firuzə Quliyeva göstərilən diqqətə görə ölkə başçısına kənd sakinləri adından təşəkkür edib.

Modern.az-ın Sabunçu rayonunda sosial infrastrukturun yaxşılaşdırılması ilə bağlı sualını cavablandırarkən Eldar Quliyev belə deyib:  Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq çox işlər görülüb.

Belə ki, 2792 şagird-yerlik 4 yeni məktəb binası tikilib, 1728 şagird-yerlik 2 qəzalı məktəb binasının sökülərək yenisi inşa edilib, 7 məktəbin həyətində cəmi 203 əlavə sinif otaqlarının tikintisi, mövcud məktəblərdə 3 akt zalı, 3 idman zalı, 4 müxtəlif təyinatlı yardımçı təsərrüfat binalarının tikintisi, 11 təhsil müəssisəsində əsaslı təmir, 4 uşaq bağçasının  sökülərək yerində yenisinin tikintisi, 2 uşaq bağçasında isə əsaslı təmir işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Hazırda təhsil sahəsi üzrə 5 obyektdə tikinti və təmir işləri davam etdirilir.  Qaz, elektik enerjisi, su, istilik təchizatı, kanalizasiya, yol təsərrüfatı, abadlıq, yaşıllaşdırma, mənzil fondu, yanğından mühafizə və digər təhlükəsizlik tədbirləri üzrə işlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur və bunların da xeyli hissəsi artıq icra edilməkdədir.

Azər Salehli

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama