Modern.az

Həmsədrlər əvvəl Yerevana, sonra Bakıya gəlirlər

Həmsədrlər əvvəl Yerevana, sonra Bakıya gəlirlər

19 İyul 2015, 17:43

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Yerevana səfər edəcəklər. Modern.az bildirir ki, bu haqda Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün Twitter səhifəsində məlumat yayıb. Həmsədrlər iyulun 20-də Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.

Həmsədrlər regiona səfərləri çərçivəsində Bakıya da gəlib Azərbaycan rəhbərliyi ilə görüşəcəklər. Hazırda Minsk qrupu həmsədrlərinin işğal atındakı Dağlıq Qarabağa səfərinin təşkili məsələsi həll edilir.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama