Modern.az

Tanınmış jurnalist Müsavatçı Qadınlar Birliyinin sədri seçilib

Tanınmış jurnalist Müsavatçı Qadınlar Birliyinin sədri seçilib

19 İyul 2015, 18:28

İyulun 19-da Müsavat Partiyası Qadınlar Birliyinin IV növbədənkənar ümumi yığıncağı keçirilib. Partiyadan Modern.az-a daxil olan məlumata görə, yığıncaqda Alya Yaqublu Müsavatçı Qadınlar Birliyinin sədri seçilib. Təşkilatın sərbəst Şura və NTK üzvləri də həmçinin seçilib.
Qadınlar Birliyi seçkili orqanlarını formalaşdıraraq, öz fəaliyyətini bərpa edib.

Alya Yaqublu uzun illərdir jurnalistika ilə məşğuldur. Əvvəllər bir sıra KİV-lər çalşıb.

Azərbaycan Dövlət İqtisad Universitetini bitirən Alya Yaqublu “Yeni Müsavat”, “525-ci qəzet”, “Rezonans”, “Avropa” qəzetlərində işləyib, “Azadlıq” qəzetində köşələrlə çıxış edib, “İntibah” qəzetinin baş redaktoru olub.
Alya Yaqublu 2009-2014-cü illərdə “Media forum” saytında bir neçə layihəyə rəhbərlik edib. O, Müsavat Partiyasının Divan üzvüdür.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama