ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iyulun 20-də ətraf mühitin mühafizəsinin əhəmiyyəti barəsində məlumatları artırmaq məqsədilə Təbiət Dostları Gənclər Təşkilatının velosipedçilərinə qoşulub. Modern.az xəbər verir ki, bu haqda ABŞ səfirliyinin məlumatında bildirilib.
Amerikanın Oreqon ştatının Portland şəhəri velosipedlə işə gələn insanların faizinə görə ABŞ-da liderdir. Şəhər velosipedlə işə asan çatmaq üçün hər cür şərait yaradır və nəticə kimi velosipedlər şəhəri daha yaşıl edir.