Modern.az

Allahşükür Paşazadə Tacikistanagedir gedir

Allahşükür Paşazadə Tacikistanagedir gedir

20 İyul 2015, 14:38

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 21-də Tacikistanın paytaxtı Düşənbə şəhərinə səfərə yola düşəcək. Bu barədə Modern.az-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib. Biıldirilib ki, A.Paşazadə Tacikistan Prezidenti İmaməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfər edir.

Məlumata görə, səfərdə məqsəd iyulun 22-23-də Düşənbədə keçiriləcək "İslam dini ekstremizm və terrorizmə qarşıdır" mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

Konfransda tanınmış dinşünas alimlərin, teoloqların, ənənəvi dini icma rəhbərlərinin iştirakı gözlənilir.

Tacikistan Prezidenti İ.Rəhmonun dəvəti ilə Düşənbəyə səfər edən QMİ sədri Şeyxülislam A.Paşazadə Beynəlxalq Konfransda məruzə ilə çıxış edəcək.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama