Modern.az

Rusiyalı milyarder Qarabağa qayıtdı və Azərbaycana meydan oxudu

Rusiyalı milyarder Qarabağa qayıtdı və Azərbaycana meydan oxudu

20 İyul 2015, 15:29

Rusiyalı iş adamı German Sterliqov Moskvadan Dağlıq Qarabağdakı ailəsinin yanına qayıdıb. Modern.az saytı Rusiya KİV-lərinə istinadən bildirir ki, o bu haqda özünün “VKontakte” səhifəsində məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bir neçə gün əvvəl Sterliqov Rusiyanın hüquq-mühafizə orqanlarını Moskvaya qayıdacağı haqda məlumatlandırıb. Sterliqovun Moskvada olduğu müddətdə hüquq-mühafizə orqanları ona heç bir maraq göstərməyiblər, bu səbəbdən milyarder Şuşadakı ailəsinin yanına qayıdıb.

Sterlirovun sözlərinə görə, bunu Azərbaycan və Rusiya KİV-lərindəki “böhtanlara” cavab vermək üçün edib. Biznesmen deyib ki, Qarabağda Rusiya polisindən gizlənməyib.

Sterliqov böhtanla bağlı ona və vəkilinə qarşı qaldırılan cinayət işindən də danışıb. Biznesmen onun Dağlıq Qarabağa qayıtmaması üçün hüquqi mexanizmlərdən yararlanmağa çalışan İsrail və Azərbaycandakı provokatorlara tüpürdüyünü də açıq-aşkar bəyan edib.

German Sterliqov işğal altındakı Qarabağa icazəsiz gəldiyindən Azərbaycan Xarici İşlər Nazirliyi onu “arzuolunmaz şəxs” elan edib və adını “qara siyahı”ya salıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama