Modern.az

Şair Əli Kərimin oğlu Orxan Kərimli vəfat edib

Şair Əli Kərimin oğlu Orxan Kərimli vəfat edib

20 İyul 2015, 22:20


Mərhum şair Əli Kərimin oğlu Orxan Kərimli vəfat edib. Modern.az saytı xəbər verir ki, uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkən Orxan Kərimli iyulun 20-də dünyasını dəyişib.

Mərhumun dostları bildiriblər ki, hüzr mərasimi Murtuza Muxtarov-45-də olacaq. Dəfn sabah saat 14-dədir.

Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin sabiq müdir müavini Orxan Kərimli 2011-ci il iyunun 6-da həbs olunmuşdu. Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunan Orxan Kərimliyə qarşı 2012-ci ilin yanvarında külli miqdarda rüşvət alma və təkrar rüşvət alma bəndləri ilə yeni ittiham da irəli sürülmüşdü.

2006-cı ildən Təhsil Nazirliyində işləməyə başlamış Orxan Kərimli isə bu ittihamları rədd edərək, sifarişlə, qondarma iddialar əsasında həbs olunduğunu bildirirdi.

2012-ci il iyunun 21-də Orxan Kərimli barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib. Məhkəmədə halı pisləşən O.Kərimli barəsində Prezident Administrasiyasına məruzə olunduqdan sonra oradan verilən göstəriş əsasında məhkəmə onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi və müalicəyə göndərilməsi barədə qərar qəbul edib. 

Müalicə olunmaq səbəbi ilə azadlığa buraxılan O.Kərimli 2012-ci il iyunun 27-də Mərkəzi Klinikada ürəyindən əməliyyat olunub. Qeyd edək ki, bu O.Kərimlinin üçüncü ürək əməliyyatı idi. . Onun ürəyinə 2 dəfə stend qoyulmuşdu. Üçüncü əməliyyat ürəyin tac damarının 97 faiz daralmasından sonra aparılıb.
Mərhumun iki azyaşlı övladı var.

Allah rəhmət eləsin!

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama