Modern.az

Həmsədrlər İlham Əliyevlə Serj Sərkisyanı ilin sonunadək görüşdürmək istəyirlər

Həmsədrlər İlham Əliyevlə Serj Sərkisyanı ilin sonunadək görüşdürmək istəyirlər

20 İyul 2015, 22:47



ATƏT-in Minsk qrupunun həmsədrləri ümid edirlər ki, ilin sonuna qədər Azərbayan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın növbəti görüşünü təşkil edə biləcəklər. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Yerevanda keçirilən mətbuat konfransında ABŞ-dan olan həmsədr Ceyms Uorlik deyib: “Prezidentlərin bu il görüşəcəklərinə ümid edirik”.

Amerikalı həmsədrin sözlərinə görə, hələ ki Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının prinsip və elementləri müzakirə edilir, ancaq tərəflər daha konkret müzakirə mərhələsinə nail ola bilməyiblər.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama