Azərbaycan Prezidenti İlham Əliyev bu gün mətbuat işçiləri ilə görüşüb. Modern.az saytı xəbər verir ki, bu haqda həmin görüşün iştirakçısı olan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu sosial şəbəkədə məlumat paylaşıb.
“Azərbaycan Prezidenti ilə görüşdəyik. Mətbuat Şurası İdarə Heyətinin üzvləri olaraq. Telefonlar yasaqdı, amma biz bir yolunu bulub, sizlərə xəbər xidməti göstərdik. Hazırda görüş davam edir”,-deyə Rauf Arifoğlu bildirib. O, həmin görüşdə çəkdiyi selfie şəkilləri də sosial mediada paylaşıb.
Modern.az