Modern.az xəbər verir ki, Milli Mətbuatın yaranmasının 140 illiyi ilə bağlı Prezident İlham Əliyev kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən jurnalistika sahəsində xidmətləri olan bir çox şəxslər orden, medallarla təltif olunub və bir çox jurnalistə “əməkdar jurnalist” fəxri adı da verilib.
“Əməkdar jurnalist” fəxri adı alan şəxslər arasında Milli Məclisin deputatı İmamverdi İsmayılov da var. Qeyd edək ki, İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonun Vənətli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı Sosial İsarəetmə və Politologiya İnstitutunu bitirib. I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.2011-ci il noyabrın 7-də Zəngilan-Qubadlı seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Aytən ZƏHRA