Modern.az

Hindistanda bu qəbilənin qadınları görənləri çaşbaş qoyur - FOTOLAR

Hindistanda bu qəbilənin qadınları görənləri çaşbaş qoyur - FOTOLAR

21 İyul 2015, 16:01

Hindistandakı bir qəbilənin qadınları görənləri çaşbaş qoyur. Modern.az saytı xarici KİV-ə istinadən məlumat verir ki, Hindistanın Ziro Vadisində kiçik bir kənddə yaşayan Apatani qəbiləsi qadınlarının ən böyük xüsusiyyəti burunlarının dörd dəlikli olmasıdır.

Bu qəbilədə qız uşaqları doğulduqdan sonra burunlarına dəlik açdırırlar. Burnun hər iki tərəfinə yuxarıya doğru açılan dəliklərə bir tıxac keçirirlər. Göz qabağındadır ki, açılan dəliklərin qadınları gözəl etmir. Tarixçilərin tədqiqatına görə Apatani qadınları qonşu qəbilə kişilərinə çirkin görünmək üçün əsrlərlə belə "bəzəniblər".

Qədim zamanlarda qəbilələr arasında qadın qaçırma adəti vardı. Apatani qəbiləsinin nümayəndələri də öz qadınlarını digər qəbilələrin qadınlarıyla qarışdırmamaq üçün burunlarına dəlik açdırıblar. Beləliklə qaçırılan qadının öz qəbiləsinin üzvümü  yoxsa digər qəbilələrdən olduğunu təyin edirdilər.

Həmin qadınların fotolarını sizlərə təqdim edirik:









Yaqut Aslanova

   
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama