Hindistanın şərqindəki Assam ştatındakı kəndlərdən birinin sakinləri yaşlı qadını cadugərlikdə günahlandıraraq, başını kəsiblər.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 63 yaşlı qadın kənd ərazisində xəstəlik
yayılmasında ittiham edilib. Ölümdə şübhəli bilinən ikisi qadın olmaqla 7 nəfər saxlanılıb. Polisdən verilən məlumata görə, Assam ştatında son yarım ildə əksəriyyəti qadınlar olmaqla 90 nəfərə yaxın adamın başı kəsilib, yaxud yandırılıb. Yerli sakinlər onları ya cadugərlikdə, ya da küpəgirənlikdə ittiham ediblər.
Modern.az