Modern.az

Avropa İttifaqı Şurasının prezidenti Bakıya gəldi

Avropa İttifaqı Şurasının prezidenti Bakıya gəldi

21 İyul 2015, 20:31



Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının prezidenti D.Tusku Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama