Ukrayna Ali Radasının Radikal Partiyasından olan deputatları İqor Mosiyçuk və Andrey Lozoboy Çerniqovda jurnalistləri və deputatlığa namizəd Aleksey Durnevi döyüblər. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, Durnevin sözlərinə görə, o digər adamlarla birgə “Sağ sektor”un lideri Oleq Lyaşkonun keçirəcəyi mətbuat konfransının başlanmasını gözləyərkən zala daxil olan Lozovoy və Mosiyçuk ona hücum ediblər:
“Mən kresloda oturub mətbuat konfransının nə vaxt başlayacağını gözləyirdim. Akkreditasiyadan keçmişdim. Lozovoyla Mosiyçuk zala girdilər, sonra məni kreslodan sürüyüb vurmağa başladılar”.
Blogger və 205-ci dairədən deputatlığa namizəd Aleksandr Baraboşko da bildirib ki, dava zamanı xəsarət alıb. Baraboşkonun sözlərinə görə, onun dişini sındırıblar. Bundan əlavə, o deyib ki, dava zamanı jurnalist və deputatlığa namizəd Vasiliy Krutçak da xəsarət alıblar.
Modern.az