Həsən Bəy Zərdabinin “Əkinçi”sindən başlayan mətbuat tariximizin 140 yaşı olur. Əsində çox da uzun zaman deyil. 105-110 il yaşayan uzunömürlü insanalarla müqayisədə mətbuatımız orta yaşlıdır. Ona görə bir az büdrək, bir az naşıdır.
...1995-ci ildə “Press-Fakt” qəzetindən başladım işə. İşə deyərkən, o zaman kim idi məni işə götürən. 2-ci kurs tələbəsi, inşadan başqa heç nə yazmayan bir qıza ancaq “gəl, yaz öyrən” deyə bilərdilər. Vəli Əkbər və Məqsəd Nurdan, hər həftəsonu qəzetin məsləhətçisi Zeynal Məmmədlinin nəzəriyyəsindən nəsə öyrənməyə qalmışdı ümid. Beləcə, hər gün mən yazdım, Vəli Əkbər çöp qutusuna atdı. 1 ayın sonunda qəzetin bir küncündə çıxan kiçik bir yazının qürurunu və sevincini yaşamaq qismət oldu. Qəzeti çantama belə qoymadan, metroda az qalırdı qarşıma çıxan hər kəsə mən artıq “jurnalistəm” deyəm. Amma jurnalist olmam üçün illərə ehtiyacım olacagını bilirdm... İllər keçdi...
... İndi jurnalistlər hansı prinsiplərlə işləyirlər, bilmirəm. Əslində cəmi 3 ildi Azərbaycanda yoxam. Amma deyəsən bu 3 ildə çox şey dəyişib. Əvvəllər jurnalist bir informasiyanı almaq üçün saatlarla yol qət edirdi, xəbəri dəqiqləşdirmək üçün birinci mənbəni axtarıb tapardı. Telefonla xəbər almaq, Şok, Şok, Şok! Qeybət jurnalistikasi yox idi. Əmək və əməyə sayğı vardı. Qəzetlər bir-birindən yazı oğurlmazdı. O zaman heç kim də özünü dahi saymazdı. Məsələn, mən jurnalistikaya yeni gələndə Mətanət Agamirli parlament muxbiri idi. Mahir, Natiq vardı. “Hüriyyət” qəzetində Ləman Ələşrəfqızı var idi. Düşünürdüm mən də nə zamansa onlar kimi yaza, onlar kimi özümə əmin ola bilərəmmi? O zamanlar bunu düşünmək üçün böyük və təmiz ürəyimiz, kinsiz və daha səmimi jurnalistika var idi. İndi mən jurnalsitikada o səmimiyyəti görmürəm... İndi nədənsə ilk məqalədən sonra hər kəs “peşəkar” olur. “İnqibator” jurnalistikası yaranıb.
... Azərbaycan jurnalistikasi kolxoz, sovxozlara qollarında “papka” gedən dövrü də, qəzetlərin tozunu içinə çəkərək səhərə qədər çalışmagı, senzuranı, təqibi də görüb. Amma bu qədər mənəvi rahatsızlıq yaşamayıb. Biz Zərdabidən örnək aldıq, daha bir 140 il keçdikdın sonra geriyə baxanda nə olacaq? Kimi örnək alacaqlar? Özlərini “media kapitanı” adlandıran mətbuata biznes kimi baxan bir neçə redaktor və ya əlindəki 3-5 manatla sayt açıb əməkdaşlarını pulsuz işlədən, saytdan pul qazanan jurnalistikadan başqa hər məzhəbə qulluq edən insanlarımı? Yoxsa televiziyalarda şou-biznes adı qoyulan mədə bulantısından başqa bir şey olmayan toyxanaları?
”İnformasiya müharibəsi” adı altında dezinformasiya yayan saytların sayı sürətlə artır. Jurnalistin peşə etikasını deformə edən, yoxlanılmayan məlumatlar yayılır. Bəzən peşəkar jurnalistlər belə, bu xəbərlərə inanır. Sadə vətəndaşların inanma və xəbəri şişirtmə potensialı daha yüksəkdir. Qəzet oxuyursan, xəbər portallarına baxırsan, televiziyalardakı verilişlər hamısı insanın qəsdinə durub və birbaşa ruhumuza təcavüz edilir. İndi biz atanın qızına, qardaşın bacıya təcavüzünü rahatlıqla oxuyur və həzm edirk. Bu xəbərləri baş səhfəyə çıxarıb reytinq və oxma sayının artmasını izləyirik. Kimsə jurnalistikaya təcavüz etdi. Təcavuzə uğramış jurnalistikamız can acısını bu xəbərlərdən çıxarır. Bir təcavüz xəbəri tapsın və baş yazarından “sag ol” eşidib alacağı qonorara bir neçə manat artım olsun. Bizi boğazımızdan asılı edib, xəbər “bazarını” təcavüzə məruz qoyanlar da özündən sonra gələn jurnalist nəslinə elə təcavüzü miras saxlayacaq. Təcavüzə məruz qalmış jurnalistikamız get-gedə əziləcək, onlar üçün xəbərin mahiyyəti, cəmiyyətin hansı mərtəbədə durması önəmsiz olacaq. Bəzən jurnalistikanı nəyə bənzədirəm bilirsinizmi? Nəsibə Zeynalovadan, Lütfəli Abdullayevdən, Səməndər Rzayev və adını yazmadığım bir çox dəyərli sənətkarlarımızdan sonra meydana gələn əldəqayırma serial oyunçularna. Yavaş-yavaş tükənir. Bizi jurnalist olamağa həvəsləndirən nəsil gedir. Yerinə zorlanmış jurnalistika gəlir... Beynimiz, ruhumuz, etikamız zorlanır... Zorlanmaq yalnız cinsəllik deyil...
Bəlkə bayram günündə bir ağır yazı oldu. Amma biz “Əkinçi”nın bətnindən çıxan jurnalistlərik. Bizim üçün əkdikləri toxumları çürütməyə nə haqqımız var?
.. .Əslində bayramlarda xoş sözlərdən danışmaq, gözəl xatirələr bölüşmək lazımdı. Ona görə bu il Mətbuat Günündə Prezident İlham Əliyev tərəfindən mükafatlandırılan jurnalistləri təbrik edirəm... Mətbuatın inkişafında əməyi keçən jurnalistlərimizin peşə bayramı mübarək!
Tənqidlərə baxmayaraq, bizim mətbuatımızda öyrənə biləcəyimiz müəllimlərimiz çoxdu... Çalışaq dahilik duyğusundan ayılıb, onların qələmindən çıxanlara baxaq. Müəllimim Vəli Əkbərə, televiziyada öyrəndiklərim üçün Etibar Məmmədova, Mirşahin Agayev və Seyfulla Mustafayevə dərin təşəkkürlər...
Sözünüzə, qələminizə, ürəyinizə qüvvət əziz həmkarlarım!