Lənkəranda şəhid İqbal Əhmədovun anadan olmasının 35 illiyi ilə bağlı geniş tədbir keçirilib. Tədbirdə İqbal Əhmədovla bağlı xatirələr dilə gətirilib, onun keçdiyi şanlı döyüş yolu iştirakçıların diqqətinə çatdırılıb.
Heydər Əliyev Mərkəzində keçirilən bu tədbirdə rayon rəhbərləri, Müdafiə Nazirliyinin məsul işçiləri, ictimaiyyət nümayəndələri və ağsaqqallar iştirak edib. Tədbirdə çıxış edən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli şəhid İqbal Əhmədovun qısa, lakin şanlı həyat yolundan danışıb, onun bugünki gənclərimizə bir örnək olduğunu dilə gətirib. O, qeyd edib ki, belə igid övladlarımızla hər bir lənkəranlı fəxr etməli, vətənimizin torpaqlarının düşmən tapdaqlarından azad olunmasında öz övladlıq borclarını layiqincə yerinə yetirməlidirlər.