Modern.az

Azərbaycanda cərrahlar xəstəlik yayırAÇIQLAMA

Azərbaycanda cərrahlar xəstəlik yayırAÇIQLAMA

22 İyul 2015, 09:53

Bəzən dövlət və özəl tibb müəssisələrində cərrahi əməliyyatlar, eləcə də başqa müayinələr zamanı istifadə olunan tibbi ləvazimatların yenidən istifadəsi hallarına rast gəlinir. Bunun nəticəsidir ki, cəmiyyətdə keçici xəstəliklərin çoxu məhz cərrahi əməliyyat sırasında yayılır fikiri formalaşıb. Məsələnin aktuallığını nəzərə alaraq keçici xəstəliklərdə tibbi ləvazimatların rolu ilə bağlı Azərbaycan Tibb Universitetinin Tədris-Cərahiyyə Klinikasının baş həkimi, tibb üzrə Fəlsəfə Doktoru Asiman Həsənovun fikirlərini öyrəndik.

Asiman Həsənov Modern.az saytına açıqlamasında bildirdi ki, cərrahiyyə tibbin ən aparıcı sahələrindən biridir və bu gün inkişaf edib: “Dünyada bütün cərrahiyyə sahələrində minimal invoziv, laparoskopik, endoskopik və lazer texnologiyaları tətbiqi ilə cərrahi əməliyyatlar aparılr. Bu zaman bir çox cərrahi sərf malzəmələrindən, tibbi materiallardan istifadə olunur.

Əvvəllər apardığımız cərrahi əməliyyatlarda minimum alətlər və işlətdiyimiz tibbi materiallar var idi ki, bu tibbi alətlərin də bəziləri sterilizasiyadan keçirilərək təkrar istifadə olunurdu. Amma müasir tibbdə yeni məfhum meydana gəlib. Belə ki, təkrar istifadə olunmayan tibbi sərf malzəmələrindən daha çox istifadə olunur. İstifadə olunan tibbi sərf materiallarının hamısı atılır. Təkrar istifadə olunan materiallar, ancaq alət və cihazlardır. Xəstənin qanı ilə təmasda olan bütün sərf malzəmələri, silikon və ya plastik borulardan tutmuş tikiş materialları, iynələrə qədər hamısı istifadədən sonra atılır. Bu tullantılar məişət tullantısı kimi hara gəldi atılmır. Xüsusi şirkətlər var ki, qeydiyyat şəraitində, tibbi sərf tullantıların və bioloji artıqların məhv edilməsi ilə məşğuldur. Bu da hər hansı bir yoluxma və zədələnmə ehtimalını sıfıra endirmək məqsədi daşıyır”.

Asiman Həsənovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə insanlar tibbi məsrəflərin az çıxmasından ötrü bəzi materialları təkrar istifadə etmək həvəsində olurlar: “Bu da bir çox infeksiyaların və xəstəliklərin yayılmasına səbəb olur. Bu, kəskin qınanılası haldır. Çünki virus daşıyıcısı olan xəstələrin əməliyyatında istifadə olunmuş tibbi ləvəzimatın başqa xəstələrin əməliyyatında istifadəsi yolverilməzdir.

Böyük müəssisələrdə bununla bağlı infeksion kontrol komissiyaları yaradılır. Tibbi artıqların xüsusi hərəkət koridorları və xüsusi saxlanma yerləri yaradılır. Bununla bağlı Səhiyyə Nazirliyi özəl və dövlət müəssisələri üçün xüsusi standartlar hazırlayıb.

Dünyanın heç bir yerində əl alətləri – kəsmək, tutmaq, saxlayıcı alətləri bir xəstəyə istifadə olunub, atılmır. Bu alətlər heç bir virus və mikrob saxlamadan sterlizasiya oluna bilir. Silikon və optiklərdən olan tibbi sərf materialları yüksək temperatura verdikdə pozulur. Bunların təkrar istifadəsi qadağandır”.

Yeganə OQTAYQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama