Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilir. Modern.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.
Qurban Qurbanovun komandası Moneteqroda “Rudar”ın qonağı olacaq.
Ağdam təmsilçisi cütün favoriti sayılsa da, Bakıda keçirilən ilk oyunda qeydə alınan qolsuz heç-heçə cavab matçına marağı artırıb.
Komandamız növbəti mərhələyə keçmək üçün ya qalib gəlməli, ya da qollu heç-heçə etməlidir.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
23:45."Rudar" (Pljevlya, Monteneqro) - "Qarabağ" (Azərbaycan)
İlk oyun-0:0
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
Petrovaç. “Pod Malım Brdom” stadionu