“2015-ci ilin ilk yarımilliyində “Sevil Massivi”nin səlahiyyətliləri, “Aqrolizinq” MMC, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı rəhbəri İsa Veysov və digərlərilə bağlı cinayət işi açılıb və bununla bağlı iş məhkəmələrə göndərilib”.
Modern.az saytı xəbər verir ki, bunu 2015-ci ilin 1-ci yarımilliyi ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən görülmüş işlərə dair statistikanı açıqlayarkən idarənin rəisi Kamran Əliyev qeyd edib.
O bildirib ki, açılmış cinayət işlərində 34 faiz qulluqdan istifadə, 30 faiz dələduzluq, 39 faiz saxtakarlıq halları müşahidə edilib.
“94 milyon 859 min 53 manat dəyən ziyan məhkəmələr tərəfindən 2014-cü ildə ödənilib. 118 cinayətin istintaqı hazırda Baş prokuroruyanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarsəi tərəfindən aparılır”.
Gülşən RAUFQIZI