“Səhiyyə sahəsində 6 nəfər, təhsillə bağlı 3 nəfər, bələdiyyələrlə bağlı 3 nəfərin işi məhkəmələrdədir”. Modern.az saytı xəbər verir ki, bunu 2015-ci ilin 1-ci yarımilliyi ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən görülmüş işlərə dair statistikanı açıqlayarkən idarənin rəisi Kamran Əliyev bildirib.
O, Beynəlxalq Bankdan götürülən və geri qaytarılmayan böyük kretidlərlə bağlı bəzi məsələlərə də aydınlıq gətirib: “Hər bir halda kreditin ödənilməsi fərdidir. Kiminsə “mənim 2017-ci ilə qədər vaxtım var, ödəyəcəm” deməsi doğru deyil. “Beynəlxalq Bank işi”ndə bizim idarənin 3 əməkdaşı iştirak edir. Əgər aparılan işdə korrupsiyaya dair hər hansı hal aşkarlanarsa, dərhal lazımi ölçü götürüləcək”.
Gülşən RAUFQIZI