Modern.az

Ukrayna 600 nəfərlik “qara siyahı”ya məşhurları da saldı

Ukrayna 600 nəfərlik “qara siyahı”ya məşhurları da saldı

22 İyul 2015, 12:00

Siyahıda fransız ulduz, amerikalı rejissor və serbiyalı ssenarist də var


Ukrayna Mədəniyyət Nazirliyi ölkənin milli təhlükəsizliyinə hədə yarada biləcək 600 incəsənət xadimindən ibarət “qara siyahı” yaradıb. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, adları siyahıda yer alacaq “arzuolunmaz şəxslər”in Ukraynaya girişi, onların çəkildiyi filmlərin kinoteatrda göstərilməsi və adlarının KİV-də çəkilməsi qadağan olunacaq.

Siyahı Ukraynanın ərazi bütövlüyünün pozulmasını dəstəkləmiş şəxslərdən ibarətdir. 

Fransa mətbuatının məlumatına görə, 600 incəsənət xadimi arasında əksəriyyəti rusiyalı sənət adamı olsa da, Putin Rusiyasının Krımı ilhaq etməsini dəstəkləyən fransalı ulduz Jerar Depardye, 1986-cı ildə “ən yaxşı rejissor” nominasiyasında “Oskar” qazanmış Oliver Stoun, məşhur serb rejissoru və ssenaristi Emir Kusturitsa, rusiyalı aktyor Sergey Batalov da siyahıda yer alıb.

Bütün dünyadan 600 nəfəri əhatə edən “qara siyahı” rəsmən avqustun 3-də dərc olunacaq.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama