Modern.az

Azyaşlı uşaqlar üçün 18 təhlükəli qida

Azyaşlı uşaqlar üçün 18 təhlükəli qida

12 Oktyabr 2010, 10:38

Amerika Pediatriya Akademiyasında aparılan tərqiqatlardan sonra belə qənaətə gəlinib ki, valideynlər uşaqları yedizdirərkən onları bəzi qidalardan uzaq tutmalıdırlar. Həmin qidalar uşaqlar üçün təhlükəli sayılır.

1. "Hot-doq" – “hemburger” (arasında sosiska olan bulka və ya çörək). 10 yaşdan kiçik uşaqlara bu qidanı vermək düzgün sayılmır. Məlum olub ki, 10 yaşdan kiçik uşaqlarda boğulma hadisələrinin 17%-i məhz "hot-doq"la qidalanmadan baş verir.

2. Yerfındığı (araxis). Həkimlər belə qənaətə gəliblər ki, kiçik yaşlı uşaqların araxislə qidalanması onlarda allergiya yaradır. Bu allergiya hətta ölümlə də nəticələnə bilər.

3. Göyərtilər və tərəvəzlər. Bunlar o baxımdan təhlükəlidir ki, yaxşı yuyulmayanda uşaqlarda bağırsaq infeksiyalarına gətirib çıxarır. Göyərtilər və tərəvəzlər mütləq təmiz-təmiz yuyulmalıdır.

4. Ton balığı. Uşaqlar bu balığın ətini yedikdə onun tərkibindəki maddələr sinir sisteminə zərər verir və ürək xəstəlikləri riskini artırır. Balaca uşaqlara ton balığı yemək ümumiyyətlə məsləhət görülmür.

5. Qəhvə. Mütəxəssislər bildirilər ki, azyaşlı uşaqların qəhvə içməsi məsləhət deyil. Bu, onlarda ürəklə bağlı problemlər yarada bilər.

6. Göbələk. Bu bitki uşaqların daha tez zəhərlənməsinə səbəb ola bilər.

7. Kartof qızartması. Uşaqlara vermək olar, amma qədərində. Kartof qızartmasını çox yemək damarlarda kirəcləşməyə səbəb ola bilir.

8. Sosiska və kolbasa. Tərkibində natrium nitrit olan kolbasa və sosiskaların çox yeyilməsi gələcəkdə uşaqlarda təhlükəli xəstəliklərə səbəb ola bilər.

9. Şokolad. Tərkibində kakao, şəkər və qatqı maddələrinin nisbi çəkisi çox olduğuna görə, qanda xolesterolun səviyyəsini yüksəldir. Ən yaxşısı uşaqlara çox şokolad verməyin.

10. Çips. Uşaqlar üçün çox təhlükəli qida sayılır.

11. Dondurma. Bu qida uşaqlarda bağırsaq infeksiyalarına münbit şərait yaradır.

12. Turşulu içkilər. Tərkibində turşu olan “Koka-kola, “Pepsi-kola” kimi içkilər mədə və bağırsaq xəstəliklərinə səbəb olur.

13. Dondurulmuş qida. Dondurulma əməliyyatının gedişində zərərli orqanizmlərin törəməsi səbəbindən onlardan istifadə uşaqlarda mədə və bağırsaq xəstəlikləri yarada bilir.

14. Hazır şorbalar. Dəfələrlə emal olunmuş, içində çoxlu qatqı maddəsi olan toz halında hazır şorbalar xəstəliklərə (hətta xərçəngə) səbəb olur.

15. Makaron məmulatlarından çox istifadə edilməsi mədə xəstəliklərinə yol açır.

16. Tort. Tərkibi kremlə zəngin olan bu qida uşaqlarda mədə xəstəliklərinə səbəb ola bilir. Çox yeyilməsi məsləhət deyil.

17. Partlamış qarğıdalı (popkorn). Kaloriliyinə və tərkibindəki doymuş yağlara görə uşaqların sağlamlığı üçün təhlükəlidir.

18. Bəzi konfetlər. İçində kimyəvi boyaq maddələri olan sümürmə konfetlər diş çürüməsi, piylənmə, diabet, ürək-damar xəstəlikləri, xərçəng, hipertoniya, iflic, xora, astma, revmatizm, xroniki yorğunluq sindromu və sümük əriməsi kimi xəstəliklərə səbəb olur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB