Modern.az

Azərbaycandakı turizm şirkətləti aviabiletləri ucuzlaşdırmayıblar

Azərbaycandakı turizm şirkətləti aviabiletləri ucuzlaşdırmayıblar

22 İyul 2015, 16:00

“Azərbaycan Hava Yolları “ Qapalı Səhmdar Cəmiyyətin (AZAL) biletlərin qiymətlərinin ucuzlaşması ilə bağlı açıqlama yayıb. Bu açıqlama qabaqcadan müxtəlif reyslərə bilet almış sərnişinlər arasında birmənalı qarşılanmayıb. Bəziləri elə başa düşüb ki, qiymət endirimi alınmış biletlərə şamil olunacaq.  
Məsələ ilə bağlı Modern.az turizm şirkətlərindən bu haqda açıqlama alıb, onlar  “qiymətlərdə heç bir dəyişikliyin olmadığını” bildiriblər.  

“Weekend Travel” turizm şirkəti açıqlamasında hələ ki qiymətlərdə dəyişiklik olmadığını, sistemdə köhnə qiymətlərin tətbiq olunduğunu bildirib. Avqustun 1-dən isə yeni qiymətlərin qüvvəyə minməsi gözlənilir.

“Voyage Travel” qiymətlərin avqust ayından dəyişəcəyini bildirib. Bu qiymətlərin turlara tətbiq edilib-edilməyəcəyi isə hələ məlum deyil.

“Aero Tour” qiymət dəyişikliyi ilə bağlı heç bir məlumat əldə etmədiklərini bildirib.

“SEY ŞEL”dən turizm biletlərinin qiymətlərinin ucuzlaşmadığını, yeni qiymətlərlə bağlı isə hələ ki heç bir xəbər olmadığını söyləyiblər.

Vüsalə Qəzənfərqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama