Fransa Milli Assambleyasında Azərbaycan həqiqətlərini ermənilərə çatdırarkən təhdid və fiziki zorakılığa məruz qalmış Parisdəki “Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynovun işi davam edir.
Bu sözləri Modern.az-a açıqlamasında Parisdəki “Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva deyib.O qeyd edib ki, onlara qarşı təzyiq göstərən ermənilərə qarşı qaldırılan iş davam edir və elə bir dəyişiklik yoxdur.
“Bizim tərəfimizdən prokrorluqda qaldırılan iş davam edir, bağlanmayıb. Dediklərinə görə onları danışdırırlar”.
Bu proseslərin Fransada uzun çəkdiyini deyən diaspor rəhbəri qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Fransadakı Səfirliyi, vəkilləri Henri de Beauregard Ve Charles Morel onlarla yaxından maraqlanırlar.
Qeyd edək ki, Fransa Milli Assambleyasının binasında “Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” mövzusunda yığıncaq keçirilib. Yığıncaqda “Sumqayıt hadisələri” zamanı “həlak olan” ermənilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərkən orada iştirak edən Parisdəki “Azərbaycan evi”nin sədri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynov ayağa qalxmayıblar.
M.Fətəliyeva və V.Hüseynovun əsl genosidin – Xocalıda baş verdiyini bəyan etmələri erməniləri qəzəbləndirib və onlar hər iki azərbaycanlını möhkəm döyərək ağır bədən xəsarəti yetiriblər.
Aytən ZƏHRA